20 Okt 2026, Ça

“FIFA Series – 2026”: Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək

PAYLAŞIN:

Futbol üzrə Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirində bu gün ikinci oyununu keçirəcək.

Paraqraf.com-un məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Syerra Leone yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.

 

Paraqraf.com

Loading