20 Okt 2026, Ça

Suriyanın hərbi bazasına İraq ərazisindən PUA-lar ilə hücum edilib

PAYLAŞIN:

Suriya ordusu bildirib ki, Haseke əyalətinin şimal-şərqindəki Kasraq hərbi bazasına İraq ərazisindən buraxılan dronlarla hücum edilib.

Paraqraf.com xəbər verir ki, bu barədə “Al Hadath” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, bazaya dörd döyüş dronu tərəfindən zərbə endirilib.

Suriya tərəfi hücuma görə İraq hökumətini günahlandırıb. Zərbə nəticəsində yarana biləcək zərər və ya itki barədə məlumat verilməyib.

 

Paraqraf.com 

Loading