Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/SEPAH “Gerçək vəd – 4” əməliyyatının 86-cı dalğasını həyata keçirib
DÜNYA

SEPAH “Gerçək vəd – 4” əməliyyatının 86-cı dalğasını həyata keçirib

29 Mart 2026 1 Min Read
PAYLAŞIN:

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Gerçək vəd – 4” əməliyyatının 86-cı dalğasını həyata keçirib.

Paraqraf.com İran mediasına istinadən xəbər verir ki, bu barərə SEPAH məlumat yayıb.

“ABŞ-nin “Viktoriya” (İraqda yerləşir), “Arifcan” (Küveytdə yerləşir), Əl-Dafra (BƏƏ-də yerləşir) və Əl-Xərc (Səudiyyə Ərəbistanında yerləşir) bazalarına hava zərbələri endirilib”, – məlumatda bildirilib və qeyd olunub ki, hücumlarda raketlərlə yanaşı, pilotsuz uçuş aparatlarından (PUA) da istifadə edilib.

Əlavə olunub ki, “Gerçək vəd – 4” əməliyyatının 86-cı dalğasında İraqın Ərbil şəhəri atəşə tutulub:

“Daha sonra ABŞ ordusunun bölgədəki məntəqələrinə zərbələr endirilib. ABŞ-nin 5-ci Dəniz Donanması hədəfə alınıb. İsrailin Nəqəb, Arad və Təl-Əviv şəhərləri bombalanıb”.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Martın 25-də ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Çeçenistanda əlverişsiz hava şəraiti ilə bağlı fövqəladə vəziyyət elan edilib

Next

İshaq Dar və Fidan regionda sülhün təşviqi üçün dialoqun vacibliyini vurğulayıb

Copyright 2026— Praqraf.com. All rights reserved