Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Bakının dörd rayonu və Abşeronda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
HADİSƏ

Bakının dörd rayonu və Abşeronda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

29 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Bakının Sabunçu, Yasamal və Xətai rayonlarında oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə Paraqraf.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu ərazisində “BYD” markalı avtomobildən qızıl qolbaq və qulaqlığın oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 27 yaşlı E. Xəlilov müəyyən edilərək saxlanılıb.

Analoji hadisə Yasamal rayonunda da qeydə alınıb. “Toyota” markalı avtomobildən qulaqlıq və digər əşyalar oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 35 yaşlı Q. Sultanov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Bundan başqa, Xətai rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxs azyaşlı qızın 400 manat dəyərində qızıl sırğasını ələ keçirərək hadisə yerindən yayınıb. Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 29 yaşlı K. Əliyev müəyyən olunaraq saxlanılıb.

Həmçinin Abşeron rayonu ərazisində ayrı-ayrı vaxtlarda 3 market, 3 avtomobil və 1 evdən məişət və qızıl-zinət əşyaları, pul, bank kartları, eləcə də maqnitofonların oğurlanması barədə polisə məlumatlar daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı R. Zeynalov müəyyən edilərək saxlanılıb.

Hər dörd faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakı və Abşeron yarımadasında son 38 ilin yağıntı rekordu yenilənib

Next

Prezident Cəmil Əliyevi “İstiqlal” ordeni ilə təltif edib

Copyright 2026— Praqraf.com. All rights reserved