Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/“INPEX” Qazaxıstanda və Azərbaycanda hasil etdiyi nefti Yaponiyaya yönləndirəcək
SİYASƏT

“INPEX” Qazaxıstanda və Azərbaycanda hasil etdiyi nefti Yaponiyaya yönləndirəcək

28 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Yaponiyanın “INPEX” şirkəti onun iştirakı ilə Qazaxıstanda və Azərbaycanda hasil olunan neftin satışında Yaponiya şirkətlərinə üstünlük verməyi planlaşdırır.

Paraqraf.com xəbər verir ki, bu barədə “Yomiuri” nəşri yazır.

Qeyd olunur ki, Hörmüz boğazının blokadası səbəbindən neft tədarükünün sabitliyi ilə bağlı narahatlıqlar artır və şirkət Yaponiya üçün tədarük mənbələrini şaxələndirməyə ümid edir. Hazırda Yaponiya neftə olan tələbatının 90 %-dən çoxunu Yaxın Şərq ölkələrindən tədarük hesabına ödəyir.

“INPEX” Qazaxıstanın “Kaşağan” və Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarında pay sahibdir. İndiyədək şirkət bu yataqlardan hasil olunan nefti spot tədarüklər çərçivəsində əsasən Avropaya yönləndirirdi. Lakin Yaxın Şərqdəki böhran və Yaponiya bazarında neft çatışmazlığı təhlükəsi səbəbindən şirkət spot tədarüklərin bir hissəsini Yaponiya bazarına yönləndirməyi qərara alıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Gürcüstanda Azərbaycan və Ermənistanla sərhəd yolları üçün yeni beynəlxalq tender elan edilib

Next

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Copyright 2026— Praqraf.com. All rights reserved