20 Okt 2026, Ça

Hörmüz boğazında raket hücumu: “Tayland tankeri hədəfə alındı” – VİDEO

PAYLAŞIN:

Hörmüz boğazı ətrafında gərginlik artmaqda davam edir.

Paraqraf.com-un məlumatına görə, Taylanda məxsus tanker icazəsiz şəkildə boğazdan keçməyə cəhd göstərərkən raket hücumuna məruz qalıb.

Hadisə nəticəsində tankerin zədələndiyi, lakin ekipajın vəziyyəti ilə bağlı hələlik dəqiq məlumat verilmədiyi bildirilir. Hücumun kim tərəfindən həyata keçirildiyi rəsmi olaraq açıqlanmasa da, bölgədə fəaliyyət göstərən müxtəlif hərbi və yarımhərbi qüvvələr səbəbilə məsələ beynəlxalq diqqət mərkəzinə çevrilib.

Hörmüz boğazı regionu dünya enerji təchizatı üçün kritik əhəmiyyət daşıyır. Buradan gündəlik milyonlarla barel neft daşınır və hər hansı insident qlobal bazarlara ciddi təsir göstərə bilər.

https://www.facebook.com/share/v/1HaopDWCJu/

Həsən

Paraqraf.com

Loading