Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 3 min 882,9 ton kərə yağı istehsal edilib.
Paraqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 % azdır.
Martın 1-nə sənaye müəssisələrinin anbarlarında 67,3 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanda 937,7 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 11,4 % çoxdur.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
