20 Okt 2026, Ça

Azərbaycan U-17 millisi Litva ilə qolsuz heç-heçə edib

PAYLAŞIN:

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyununu keçirib.

Paraqraf.com xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan komanda Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz yekunlaşıb.

Xatırladaq ki, U-17 daha əvvəl Bolqarıstanla bərabərə qalıb – 1:1. Komanda martın 30-da Malta ilə münasibətlərə aydınlıq gətirəcək.

 

Paraqraf.com 

Loading