20 Okt 2026, Ça

Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 25 % azalıb

PAYLAŞIN:

Bu ilin yanvar-fevral aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 78 milyon 243 min ABŞ dolları təşkil edib.

Paraqraf.com-un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 % azdır.

Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 2,8 %-i qədər olub. Belə ki, yanvar-fevral aylarında ABŞ-yə ixrac ümumi ixracın 0,4 %-ni, ABŞ-dən idxal isə ümumi idxalın 2,4 %-ni təşkil edib.

İl ərzində Azərbaycanın ABŞ-yə ixracının dəyəri 55,7 % artaraq 15 milyon 988,16 min ABŞ dollar, bu ölkədən idxalının dəyəri isə 33,4 % azalaraq 62 milyon 255,51 min ABŞ dolları təşkil edib.

 

Paraqraf.com 

Loading