20 Okt 2026, Ça

Məhəmməd Salah mövsümün sonunda “Liverpul”dan ayrılacaq

PAYLAŞIN:

Misirli hücumçu Məhəmməd Salah cari mövsümün sonunda İngiltərənin “Liverpul” klubundan ayrılacaq.

Paraqraf.com-un məlumatına görə, futbolçu bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yayımladığı videomüraciətində bildirib.

“Bu klubda mənimlə olan hər kəsə, xüsusən hazırkı və keçmiş komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Azarkeşlər karyeramın ən yaxşı dövründə mənə inanılmaz dəstək verdilər və mən bunu heç vaxt unutmayacağam. Ayrılmaq heç vaxt asan olmur. Siz mənə həyatımın ən yaxşı anlarını yaşatdınız və bu klub həmişə mənim evim olacaq”, – Salah deyib.

 

Paraqraf.com 

Loading