20 Okt 2026, Ça

İsraildə İranın zərbələri nəticəsində 5 mindən çox insan yaralanıb

PAYLAŞIN:

İsraildə fevralın 28-dən bəri İranın zərbələri nəticəsində 5 045 nəfər, o cümlədən son 24 saat ərzində 204 nəfər yaralanıb.

Paraqraf.com xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaralananlardan 120-si hazırda xəstəxanalarda yerləşdirilib, onlardan 12 nəfərin vəziyyəti ağırdır. 27 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

 

Paraqraf.com 

Loading