Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanın MDB ölkələrinə ixracı 14 %-ə yaxın artıb, idxalı isə 52 % azalıb
İQTİSADİYYAT

Azərbaycanın MDB ölkələrinə ixracı 14 %-ə yaxın artıb, idxalı isə 52 % azalıb

25 Mart 2026 2 Min Read
PAYLAŞIN:

Bu ilin yanvar-fevral aylarında Azərbaycan və MDB ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 796 milyon 286,83 min ABŞ dolları təşkil edib.

Paraqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 548 milyon 783,61 min ABŞ dolları və ya 40,8 % azdır.

Hesabat dövründə Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 13,6 % artaraq 262 milyon 934,03 min ABŞ dolları, idxalının dəyəri isə 52,1 % azalaraq 533 milyon 352,8 min ABŞ dolları olub. Yanvar-fevral aylarında MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 7,1 %, idxalında payı isə 20,5 % təşkil edib.

Konkret ölkələrə gəlincə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin dəyəri 499 milyon 979,36 min ABŞ dolları olub ki, bunun da 157 milyon 763,37 min dolları ixracın, 342 milyon 215,99 min dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə Rusiya ilə ticarət dövriyyəsi 50 %, idxal 60 % azalıb. İxrac isə 4,6 % artıb.

Ukrayna ilə ticarət dövriyyəsinin dəyəri 69 milyon 785,03 min ABŞ dolları olub ki, bunun da 29 milyon 343,14 min dolları ixracın, 40 milyon 441,89 min dolları idxalın payına düşüb. Yanvar-fevral aylarında Ukrayna ilə dövriyyə 20,8 %, ixrac 31,9 %, idxal isə 10,3 % azalıb.

Belarusla ticarət dövriyyəsinin dəyəri isə 71 milyon 190,29 min ABŞ dolları təşkil edib ki, bunun da 11 milyon 713,91 min dolları ixracın, 59 milyon 476,38 min dolları idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə Belarusla ticarət dövriyyəsi 7,3 % , ixrac 9,2 %, idxal isə 6,9 % artıb.

Qazaxıstanla ticarət dövriyyəsi 65 milyon 557,04 min ABŞ dollar təşkil edib ki, bunun da 24 297,94 min dolları ixracın, 41 milyon 259,1 min dolları isə idxalın payına düşüb. Bu ölkə ilə ticarət dövriyyəsi 8,8 %, idxal 30,9 % azalıb. İxrac isə 2 dəfə artıb.

Özbəkistanla ticarət dövriyyəsi 58 milyon 660,06 min ABŞ dolları təşkil edib ki, bunun da 19 milyon 445,76 min dolları ixracın, 39 milyon 214,30 min dolları isə idxalın payına düşüb. Yanvar-fevral ayında bu ölkə ilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 %, idxal 34,1 % azalıb. İxrac isə 3,5 dəfədən çox artıb.

Bu ilin yanvar-fevral ayında Azərbaycanın Ermənistanla ticarət dövriyyəsinin dəyəri 4 milyon 220,27 min ABŞ dolları təşkil edib və bu məbləğ tamamilə ixracın payına düşüb, idxal isə qeydə alınmayıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda 2 ayda istehsal edilən kərpicin həcmi açıqlanıb

Next

Azərbaycan çay ixracını artırıb, idxalını isə azaldıb

Copyright 2026— Praqraf.com. All rights reserved