Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Avropada insanın “H9N2” quş qripi virusuna ilk yoluxma halı İtaliyada aşkar edilib
DÜNYA

Avropada insanın “H9N2” quş qripi virusuna ilk yoluxma halı İtaliyada aşkar edilib

25 Mart 2026 1 Min Read
PAYLAŞIN:

İtaliya Səhiyyə Nazirliyi Avropada insanın “H9N2” quş qripi virusuna ilk yoluxma halının qeydə alındığını bildirib.

Paraqraf.com xəbər verir ki, hadisə Lombardiyanın şimal bölgəsində qeydə alınıb.

İnfeksiyanın Avropadan kənar bir ölkədə “yoluxmuş quş əti və ya çirklənmiş mühit və ya materiallarla birbaşa təmas yolu ilə” baş verdiyi deyilir.

“Zəifləmiş, yanaşı xəstəlikləri olan bir şəxsdə heyvan mənşəli aşağı patogenlikli quş qripi A(H9N2) virusu aşkar edilmişdir. Hazırda o, xəstəxanadadır. Bütün zəruri testlər dərhal aparılıb və onunla əlaqə saxlayan şəxslər adi profilaktik və epidemioloji tədbirlər çərçivəsində müəyyən edilib. Hazırda heç bir ciddi problem aşkarlanmayıb və vəziyyət nəzarət altındadır”, – deyə açıqlamada bildirilir.

Həmçinin qeyd olunur ki, virusun insanlarda yaratdığı xəstəlik yüngül formada keçir və virusun insandan insana ötürülməsi halları əvvəllər qeydə alınmayıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qazaxıstan və Rusiyanın Baş nazirləri Xəzərin qorunmasını müzakirə ediblər

Next

Numan Kurtulmuş: Cənubi Qafqazda davamlı sülhün təmini regional kommunikasiyaları gücləndirəcək

Copyright 2026— Praqraf.com. All rights reserved