Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 25
  • ABŞ-nin 15 maddəlik planından imtina edən İran 5 şərt irəli sürüb

ABŞ-nin 15 maddəlik planından imtina edən İran 5 şərt irəli sürüb

admin 25 Mart 2026 4 minutes read
TNs7PippK8uff0vcVgdGvlN96u2yAMujlOKeFmJR_1200
PAYLAŞIN:

İran davam edən müharibəyə son qoymaq üçün Amerikanın təklifini rədd edərək, münaqişənin bitirməyin yalnız Tehranın müəyyən etdiyi şərtlər daxilində və müddət ərzində mümkün olduğunu bildirib.

Paraqraf.com xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli siyasi və təhlükəsizlik rəsmisi Press TV-yə müsahibəsində açıqlayıb.

Təklifin təfərrüatları ilə tanış olan şəxs İranın ABŞ Prezidenti Donald Trampa müharibənin bitmə vaxtını diktə etməsinə icazə verməyəcəyini vurğulayıb: “İran müharibəni zəruri hesab etdiyi və şərtləri yerinə yetirildiyi zaman bitirəcək”.

Onun sözlərinə görə, Vaşinqton müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar aparmağa çalışsa da, Tehran bu addımlara inanmır. Belə ki, 2025-ci ilin yaz və qış aylarında keçirilən əvvəlki iki danışıqlarda ABŞ-ın konstruktiv dialoq aparmaq üçün heç bir niyyəti olmayıb və sonradan İrana qarşı hərbi müdaxilə edib.

Buna görə də, Tehran dost regional vasitəçilərlə təqdim edilən son təklifi gərginliyi artırmaq cəhdi kimi qiymətləndirib və mənfi cavab verib.

Eyni zamanda adı açıqlanmayan rəsmi şəxs İranın hərbi əməliyyatları dayandırmağa razı olacağı beş konkret şərti açıqlayıb: ABŞ və İsrail tərəfindən “təcavüz və qətl”in tamamilə dayandırılması, İrana yenidən müharibənin tətbiq edilməməsini təmin etmək üçün konkret mexanizmlərin yaradılması, müharibə zərərlərinin və təzminatlarının ödənilməsinin təmin edilməsi və aydın şəkildə müəyyən edilməsi, bölgədəki bütün cəbhələrdə və bütün müqavimət qrupları üçün müharibənin dayandırılması, İranın Hörmüz boğazı üzərində nəzarəti həyata keçirmək suveren hüququnun beynəlxalq səviyyədə tanınması və təminatları.

“İran vasitəçilərə atəşkəsin yalnız bütün şərtlər qəbul edildikdə mümkün olduğunu bildirib. O vaxta qədər heç bir danışıqlar aparılmayacaq”, – deyə rəsmi şəxs vurğulayıb və əlavə edib ki, İranın müdafiə hərəkətləri bütün göstərilən şərtlər yerinə yetirilənə qədər davam edəcək: “Müharibə Trampın bitdiyini gördüyü zaman deyil, İran qərar verəndə bitəcək”, – deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ-nin İran hakimiyyətinə Yaxın Şərq münaqişəsinə son qoymaq üçün təqdim etdiyi 15 maddəlik planın 14-ü məlum olub. Planın ilk maddəsində əsasən İran nüvə potensialını tamamilə ləğv etməlidir.

Eyni zamanda rəsmi Tehran nüvə silahı istehsal etməyəcək, uran zənginləşdirmə fəaliyyətləri dayandıracaq, zənginləşdirilmiş uran ehtiyatları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (AEBA) veriləcək. Bundan başqa Nətənz, İsfahan və Fordo obyektləri bağlanacaq və AEBA-ya tam yoxlama səlahiyyəti veriləcək.

İran həmçinin Hizbullah, HƏMAS və Husilər kimi təşkilatlardan imtina etməklə yanaşı, bu qruplara maliyyələşdirmə və dəstəyini kəsəcək. Ən əsası isə Hörmüz boğazı açıq qalacaq. Raket proqramına gəlincə, bu sahə üzrə İranın işləri məhdudlaşdırılacaq, raketlərdən yalnız müdafiə məqsədləri üçün istifadə olunacaq.

Bunun müqabilində İrana aşağıdakı üstünlüklər təklif olunur: Beynəlxalq sanksiyalar ləğv ediləcək, ABŞ mülki nüvə proqramına dəstək verəcək, sanksiyaların avtomatik olaraq yenidən tətbiq olunmasına imkan verən mexanizm aradan qaldırılacaq.

 

Paraqraf.com 

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Numan Kurtulmuş: Cənubi Qafqazda davamlı sülhün təmini regional kommunikasiyaları gücləndirəcək
Next: Əflatun Amaşov ağır qəzaya düşdü

OXŞAR MÖVZULAR

f1LyQ5ramnSrNKwgEuk0oxI7oyq5ifJTng7I0clI_1200

Paşinyan: Ermənistan yük maşınlarının Rusiyaya girişinə qadağa barədə rəsmi məlumat yoxdur

admin 23 Aprel 2026
COgkxRYlRdsQU3ydsq2jF2PiPiEzU9txTsfC9xWp_1200 (1)

İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq

admin 23 Aprel 2026
sDr2ozn2wvIJhFWAyv9TVTjdybFwdrJldtFS69St_1200

Danimarkada qatarların toqquşması nəticəsində 17 nəfər xəsarət alıb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.