22 mart 2026-cı il tarixində Çəmbərək rayonunun Çaykənd kəndində xalqımızın ən qədim və ən gözəl bayramlarından biri olan Novruz bayramı münasibətilə tədbir təşkil olunub.
Tədbir Qərbi Azərbaycan İcması tərəfindən Qubadlı şadlıq sarayında baş tutub.
Çıxışlarda bildirilib ki, Novruz bayramı baharın gəlişini, təbiətin oyanışını və yeni həyatın başlanmasını müjdələyən qədim el bayramıdır. Bu bayram eyni zamanda birlik, dostluq və xeyirxahlıq rəmzi kimi böyük əhəmiyyət daşıyır.
Bayram tədbirində Çəmbərək rayon icma sədrinin müavini Tanrıverdi Mustafayev, rayon icmasında mədəniyyət, mədəni irs və tarixi abidələr üzrə məsul şəxs Ruxsarə Həsənova, qadınlar üzrə məsul şəxs Aynurə Məhəmmədova, Bəryabad kənd icması üzrə məsul şəxs Azər İsgəndərov və Əmirxeyir kənd icması üzrə məsul şəxs Məmməd Qələndərov iştirak ediblər.
Qonaqlar çıxışlarında bu cür tədbirlərin keçirilməsinin birlik və həmrəyliyin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıblar.
Sonda tədbir iştirakçılarına təşəkkür ifadə olunub.





![]()
