20 Okt 2026, Ça

“Böyük Dəbilqə” turnirinin son günündə Azərbaycanın 3 idmançısı mübarizəyə start verir

PAYLAŞIN:

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə bu gün yekun vurulacaq.

Paraqraf.com xəbər verir ki, Azərbaycanın daha üç cüdoçusu yarışın son günündə mübarizəyə qoşulacaq.

Camal Qamzatxanov (+100 kq) 1/8 finalda Saba Kardava (Gürcüstan) – Losseni Kone (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Eyni çəki və mərhələdə çıxış edən Kənan Nəsibov isə Yelaman Yerqaliyev (Qazaxıstan) – Gela Zaalişvili (Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Qadınların yarışında (+78 kq) Madina Kaisinova da mübarizəyə 1/8 finaldan başlayacaq. O, Erika Simonetti (İtaliya) ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçilərinin hesabında 1 gümüş, 1 bürünc medal var. Daha əvvəl Turan Bayramov (60 kq) ikinci, Hidayət Heydərov (73 kq) üçüncü yeri tutub.

 

Paraqraf.com 

Loading