20 Okt 2026, Ça

Magistral yolda sürət həddini 200-ə çatdıran sürücü saxlanılıb

PAYLAŞIN:

Magistral yolda sürət həddini kəskin şəkildə artıran sürücü saxlanılıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

“Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 20-FH-795 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobili yüksək sürətlə idarə edən sürücü, 37 yaşlı Elçin Allahverdiyev saxlanılıb. Avtomobil mühafizə olunan duracağa yerləşdirilib, sürücü barəsində hüquqi məsuliyyət tədbirləri görülür”, – deyə məlumatda vurğulanır.

 

Paraqraf.com 

Loading