20 Okt 2026, Ça

Ermənistan İstintaq Komitəsi II Qareginə II İliyanın dəfni üçün Tbilisiyə getməyə icazə verməyib

PAYLAŞIN:

Ermənistan İstintaq Komitəsi bütün ermənilərin katolikosu II Qareginə Tbilisiyə getməyə və bütün Gürcüstanın Patriarxı II İliya ilə vida mərasimində iştirak etməyə icazə verməyib.

Paraqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə vəkil Ara Zoqrabyan sosial şəbəkədə məlumat verib.

O qeyd edib ki, II Qareginin mərasimdə iştirak etməsi üçün müvəqqəti ölkədən çıxmasına dair vəsatət qaldırıb, lakin rədd cavabı alıb.

Daha əvvəl, martın 19-da Baş nazir Nikol Paşinyan II Qareginin II İliyanın dəfnində iştirakı məsələsinin müzakirə olunmadığını bəyan edib.

 

Paraqraf.com 

Loading