Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Deputat: “Uşaqpulu doğum sayına təsir edə bilər, amma əsas səbəb bu deyil”
CƏMİYYƏTMANŞET

Deputat: “Uşaqpulu doğum sayına təsir edə bilər, amma əsas səbəb bu deyil”

16 Mart 2026 2 Min Read
PAYLAŞIN:

Son illər ölkədə aktual olan problemlərdən biri də doğulan uşaqların sayında azalmadır.

Parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov bu məsələyə toxunaraq bildirib ki, 2015-ci ildə Azərbaycanda 160 mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub.

Ə.Əhmədov əlavə edib ki, 2015-ci ildə Azərbaycanın məktəblərində 1,5–1,6 milyon uşaq təhsil alırdısa, bu temp davam etsə, bir neçə ildən sonra bizim məktəblərdə oxuyanların sayı təxminən 1 milyon olacaq.

Qeyd edək ki, ölkədə uşaqların doğum sayında azalmanın səbəbləri müxtəlif amillərlə izah edilir. Belə ki, sosial problemlər, o cümlədən, “uşaqpulu”, övlad dünyaya gəlməsində çəkilən xərclər, eləcə də müasir həyat tərzi də bu amillər sırasında yer alır.

Milli Məclisin deputatı Azər Badamov “Paraqraf.com”a açıqlamasında bildirib ki, Azərbaycanda uşaqların azalmasının səbəbi ancaq uşaq pulu ilə bağlı deyil:

Azər Badamovun Rusiyaya buraxılmamasının səbəbi açıqlanıb

“Uşaqpulu” ailələrin sosial vəziyyətinə təsir göstərir-bu məsələnin bir tərəfidir. “Uşaqpulu”nun verilməsi bərpa olunarsa, yaxşı olar. Amma uşaq pulu verilməsə də, dolayı yolla aztəminatlı ailələrə sosial yardımlar verməklə dövlət dəstəyi proqramları fəaliyyət göstərir”.

Deputat qeyd edib ki, uşaq doğumların sayının azalmasının kökündə başqa amillər də dayanır:

“Məsələn, gənclərin evlilik yaşı gecikir. Əvvəllər 18-20 yaşı olan kimi hamı toy barəsində düşünürdü. İndi isə baxışlar dəyişilib və evlilik məsələsi ikinci planda dayanır. Orta evlilik yaşı 28-30 üzərindədir. Yəni gənclər ilk növbədə təhsil almaq, karyera qurmaq, sosial vəziyyətinin yaxşılaşdırılması və sonra evliliyi düşünürlər. Bu da ilk uşağın daha gec dünyaya gəlməsinə və nəticədə ailələrdə 1-2 uşaqla kifayətlənməsinə səbəb olur. Uşaqların azalmasının bir səbəbi də ailə planlamasının daha düşünülmüş olmasıdır. Yəni texnoloigiyalar və elmin imkanları genişləndikcə ailələr öz istəklərinə uyğun cinsli uşaqların doğulmasına çalışır. Bu da cəmiyyətdə balansın pozulmasına gətirib çılxardır. Nəticədə isə doğum saylarının azalmasına təsir göstərir”.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Barselona”da prezident seçkilərinin nəticələri açıqlanıb: Laporta qələbə qazanıb

Next

Ramazan ayı münasibətilə şəhid ailələrinin iştirakı ilə iftar süfrəsi təşkil olundu – FOTOLAR

Copyright 2026— Praqraf.com. All rights reserved