Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/ADDA ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
ELM VƏ TƏHSİL

ADDA ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

24 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazırliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq müqaviləsi imzalanıb.

Paraqraf.com xəbər verir ki, ilkin əməkdaşlıq sahəsi olaraq “TƏLƏBƏ PLUS” layihəsi nəzərdə tutulub.

Baş tutan imzalama mərasimində ADDA ilə TİF-in rəhbərliyi və nümayəndələri, həmçinin Kapital Bank-ın təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev Akademiya haqqında ətraflı məlumat verərək, onun ölkənin dəniz təhsili sahəsində aparıcı ali təhsil müəssisələrindən biri olduğunu, beynəlxalq əməkdaşlıqların və müasir tədris infrastrukturunun davamlı şəkildə inkişaf etdirildiyini diqqətə çatdırıb.

O, qeyd edib ki, vahid tələbə kartlarının istifadəyə verilməsi ali təhsil müəssisəsində idarəetmə proseslərinin təkmilləşdirilməsinə, tələbələrin akademik və sosial imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli Fondun fəaliyyət istiqamətləri, mövcud və potensial layihələr haqqında geniş məlumat verib. Bu layihələrin ən böyüklərindən biri kimi Tələbə Plus kartının tələbələrə geniş üstünlüklər verəcəyini bildirib. Kart istifadəçiləri alış-veriş mərkəzləri, müxtəlif iaşə obyektləri, muzeylər, kitab mağazaları, idman kompleksləri, müxtəlif klinikalarda xüsusi güzəştlərdən yararlana biləcəklər.

Müzakirələrdən sonra tərəflər “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsini imzalayıblar. Layihənin ADDA-da tətbiqi tələbələr üçün vahid kart sisteminin formalaşdırılmasına və onların gündəlik həyatında əlavə üstünlüklərin yaradılmasına xidmət edəcək.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda evlərdən 12 min manatlıq oğurluq olub

Next

Azərbaycan süd və qaymaq idxalını 50 %-ə yaxın artırıb

Copyright 2026— Praqraf.com. All rights reserved