Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 8
  • Müxtəlif səbəblərdən təhsili başa vurmayan şəxslərə 10 iş günü müddətində arayış veriləcək

Müxtəlif səbəblərdən təhsili başa vurmayan şəxslərə 10 iş günü müddətində arayış veriləcək

admin 08 Yanvar 2026 4 minutes read
iy94otUZi6RMv9a2LxvD62r97GDL4bz6quWXhvXx_825
PAYLAŞIN:

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası təsdiqlənib.

Paraqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla həmçinin “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli Qərarı ləğv edilib.

Yeni təsdiqlənən qaydalara əsasən, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (TMİS) “Elektron imza və elektron sənəd haqqında” qanunun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan arayış veriləcək.

Arayışda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların EHİS üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulacaq. Arayış ali təhsil pilləsinin hər hansı səviyyəsi üzrə təhsilini başa vurmayan şəxsin EHİS-dəki elektron kabineti üzərindən müraciəti əsasında 10 iş günü müddətində hazırlanacaq.

Aşağıdakı şəxslər təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslər hesab edilirlər:

– ümumi orta və tam orta təhsil səviyyələri üzrə hər hansı sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən, yaxud yekun attestasiyada iştirak etməyən ümumi təhsil pilləsinin müvafiq səviyyələrini başa vurmamış şəxslər;

– peşə təhsili pilləsinin hər hansı səviyyəsi üzrə müvafiq ixtisasın təhsil proqramında nəzərdə tutulan tələbləri yerinə yetirməyən və ya yüksək texniki peşə təhsili səviyyəsinə uyğun tədris proqramı üzrə tələb olunan kredit miqdarını tam toplamayan, yaxud ilk peşə və texniki peşə təhsili səviyyəsi üzrə yekun qiymətləndirmədə iştirak etməyən və ya qeyri-müvəffəq qiymət alan, yaxud təhsil müəssisəsindən xaric olunan şəxslər;

– orta ixtisas təhsili pilləsinin müvafiq ixtisası üzrə təhsil proqramında nəzərdə tutulan tələbləri yerinə yetirməyən və ya qanunvericiliyə uyğun olmadan təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişən və müəssisəyə bərpa olunan və ya diplomunda, yaxud diploma əlavədə göstərilən məlumatlarla onun hüquqi əsasını müəyyən edən sənədləri uyğunsuzluq təşkil edən və ya təhsil müəssisəsindən xaric olunan şəxslər;

– ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və ya magistratura (rezidentura) səviyyəsində müvafiq ixtisas üzrə təhsil proqramı ilə müəyyən edilmiş kreditləri toplamayan və ya qanunvericiliyə uyğun olmadan təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişən və müəssisəyə bərpa olunan və ya diplomunda, yaxud diploma əlavədə göstərilən məlumatlarla onun hüquqi əsasını müəyyən edən sənədləri uyğunsuzluq təşkil edən və ya təhsil müəssisəsindən (rezidentura səviyyəsinə münasibətdə ali tibb təhsili və elmi müəssisədən və ya Səhiyyə Nazirliyi tərəfindən rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilən tibb müəssisəsindən (bundan sonra – klinik baza) xaric olunan, eləcə də doktorantura (adyunktura) səviyyəsi üzrə normativ təhsil müddətində dissertasiyanı ilkin müzakirəyə təqdim etməyən və ya fərdi iş planını yerinə yetirməyən şəxslər.

Paraqraf.com 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Təhsil haqqında dövlət sənədlərinin elektron formatda verilməsinə dair qaydalar təsdiqlənib
Next: Dilçilik İnstitutunda “Müasir Azərbaycan dili və nitq mədəniyyəti” şöbəsi yaradılacaq

OXŞAR MÖVZULAR

5kBqRPMieEcY4zhldNoHpghU3knuXjRRcFEDkN57_1200

Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək

admin 22 Aprel 2026
goyn6dxMb0Wvqqb3YGVcD6R1FRx93F7jFXcBLkzc_1200

Azərbaycan və Çin arasında ikili diplom proqramları müzakirə olunub

admin 21 Aprel 2026
ae12b97f-5874-3129-a15f-741086b21978_1200

Bu gün peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək

admin 19 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.