1 Noy 2026, Bz

Şərurda yol qəzası nəticəsində qaz xətti sıradan çıxıb, bir sıra kəndlər qazsız qalıb

PAYLAŞIN:

Şərur rayonunda minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində xətt yararsız hala düşüb.

Paraqraf.com xəbər verir ki, rayonda avtoqəza nəticəsində minik avtomobili D-159-luq qaz xəttini qırıb.

Təhlükəsizlik səbəbindən Vərməziyar, İbadulla, Qışlaqabbas, Ərəbyengicə, Qarahəsənli, Tumaslı və Diyadin kəndlərində qaz təchizatı dayandırılıb.

Bərpa işləri yekunlaşan kimi əraziyə təbii qazın verilişi təmin ediləcək.

Paraqraf.com 

Loading