PAYLAŞIN:

Prokurorluq Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia 19 milyard peso (12,8 milyon dollar) məbləğində sosial ödənişləri ödəməməkdə ittiham edilib.

Paraqraf.com-un TN-ə istinadən məlumatına görə, ittihamlar prezidentlə yanaşı, AFA-nın xəzinədarı Pablo Toviçinoya qarşı da irəli sürülüb.

Araşdırma Argentina vergi xidmətinin şikayəti əsasında başladılıb. AFA-nın həm öz, həm də assosiasiyadan təqaüd alanların ödənişlərinin köçürülmədiyi bildirilib.

Daha əvvəl K.Tapia barəsində hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar səbəbindən Argentina millisinin 2026-cı ildə keçiriləcək dünya çempionatından kənarlaşdırılacağı bildirilmişdi.

AFA-nın xəzinədarının müavini Luçano Nakisin də bu məsələlərdə adı hallanır. Hər üç şəxs qanunsuz pul mənimsəməkdə şübhəli bilinir.

Paraqraf.com 

Loading