Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/KXDR lideri 2026-cı ildə sursat istehsalının artırılmasını tapşırıb
DÜNYA

KXDR lideri 2026-cı ildə sursat istehsalının artırılmasını tapşırıb

26 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Koreya Xalq Demokratik Respublikasının (KXDR) dövlət işlərinin Sədri Kim Çen In 2026-cı ildə sursat və raket istehsalı planlarının artırılmasının vacibliyini bildirib.

Paraqraf.com-un məlumatına görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi xəbər verib.

Kim Çen In hərbi-sənaye kompleksi obyektlərinə baş çəkib və orada 2025-ci ilin dördüncü rübündə raket və mərmi istehsalının gedişatını yoxlayıb. Xalq Respublikasının lideri aparıcı müəssisələrin beşillik planının son ili olan 2025-ci il üçün istehsal planını uğurla yerinə yetirdiyini və bununla da ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verdiyini qeyd edib.

“Kim Çen In dövlətin Silahlı Qüvvələrinin raket və artilleriya bölmələrinin gələcək tələbatına uyğun olaraq, inkişaf perspektivlərinə əsaslanaraq 2026-cı il üçün istehsal planının artırılmasının vacibliyini qeyd edib. Bunun üçün əlaqəli istehsal müəssisələrinin texniki bazasının gücləndirilməli və ümumi istehsal gücü genişləndirilməlidir”, – agentlik qeyd edib.

KXDR lideri qeyd edib ki, sursata olan gələcək tələbatı ödəmək üçün hərbi-sənaye sektorunda yeni müəssisələr yaradılmalıdır; bunlarla bağlı qərar qarşıdan gələn Partiya Qurultayında veriləcək. Xalq respublikası hakimiyyəti də hərbi-sənaye kompleksinin modernləşdirilməsini davam etdirməlidir.

“Kim Çen In raket və mərmi istehsalının müharibənin qarşısının alınmasının gücləndirilməsində ən vacib olduğunu bildirib”, – agentlik vurğulayıb.

Partiyanın IX qurultayında sənayenin istehsalı və modernləşdirilməsi üçün yeni planlar qəbul ediləcək. “Yoldaş Kim Çen In aparıcı hərbi-sənaye müəssisələrinin modernləşdirilməsi üçün partiyanın IX qurultayına təqdim ediləcək plan layihələrini imzalayıb”, – agentlik xəbər verib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ-də 400 min dollarlıq lobster partiyası oğurlanıb

Next

Prezident Fred Asifin oğlunu təltif etdi

Copyright 2026— Praqraf.com. All rights reserved