Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Xocalının daha iki kəndinə 133 nəfər qayıtdı – FOTO
MANŞETSİYASƏT

Xocalının daha iki kəndinə 133 nəfər qayıtdı – FOTO

25 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Dekabrın 25-də həyata keçirilən növbəti mərhələdə respublikanın müxtəlif şəhər və rayonlarından yola düşən köç karvanı Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə çatıb. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Cebheinfo.az”-a verilən məlumata görə, bu mərhələdə Şuşakəndə 83 nəfərdən ibarət 20 ailə, Xanyurdu kəndinə isə 50 nəfərdən ibarət 12 ailə köçürülüb.

Mənzillərin açarlarının təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurda qayıtmaları münasibətilə təbrik edərək bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri planlı və sürətli şəkildə davam etdirilir:

“Şuşakənd və Xanyurdu kəndlərində içməli su, elektrik enerjisi, qaz və digər kommunal xidmətlər tam şəkildə təmin olunub. Sakinlərin məşğulluq məsələsi də diqqətdə saxlanılır”.

Doğma torpaqlarına qovuşan sakinlər də yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib, illər sonra öz yurdlarında yaşamağın sevincini bölüşüblər.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Yeganə Hacıyeva: “Bütün məsuliyyət Rusiyanın üzərinə düşür

Next

Qorbaçov tarixə “soyuq müharibəni bitirən lider” kimi düşdü, amma öz dövlətini xilas edə bilmədi

Copyright 2026— Praqraf.com. All rights reserved