Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/WUF13-də keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin son tarixi məlum olub
SİYASƏT

WUF13-də keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin son tarixi məlum olub

25 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq tərəfdaş tədbirləri üzrə qeydiyyat prosesi gələn il yanvar ayının 29-da başa çatacaq.

Paraqraf.com xəbər verir ki, bu barədə WUF13-ün Təşkilat Komitəsindən məlumat verilib.

Belə ki, WUF13 qurum və təşkilatlara Forumun “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna uyğun tədbirlər təşkil etmək imkanı yaradır. Müraciətlər https://events.unhabitat.org/ vasitəsilə təqdim edilməlidir.

Tədbirlərin təşkili üçün müraciətlər yeddi kateqoriya üzrə qəbul olunur: Şəbəkələşmə (Networking), Vahid BMT (One UN), Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi (SDGs in Action), Şəhər kinoteatrı (Urban Cinema), Şəhər Kitabxanası (Urban Library), Şəhərlərin Səsi (Voices from Cities) və WUF Akademiyası (WUF Academy).

Müraciət edən qurum və təşkilatlar ilkin mərhələdə UN-Habitat-ın Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) platforması üzərindən onlayn qaydada qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat prosesi tamamlandıqdan sonra istifadəçilər şəxsi paneldə yerləşən “Applications / Müraciətlər” bölməsinə daxil olaraq müvafiq kateqoriyalar üzrə tələblərlə tanış ola və müraciətlərini yekunlaşdıra bilərlər. Qeyd edək ki, hər bir kateqoriya üzrə yalnız bir müraciət təqdim edilə bilər.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Zaxarova: Rusiyalıları Almaniyaya səfər etməməyə çağırırıq

Next

Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə qarşılıqlı yardım göstərəcək

Copyright 2026— Praqraf.com. All rights reserved