Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Sosial mediada müəllim savadlılığı” mövzusunda onlayn vebinar keçirilib – Video
CƏMİYYƏT

“Sosial mediada müəllim savadlılığı” mövzusunda onlayn vebinar keçirilib – Video

25 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

22 dekabr 2025-ci il tarixində “Dərya Group”un təşkilatçılığı ilə “Sosial mediada müəllim savadlılığı” mövzusunda onlayn vebinar keçirilib. Tədbir saat 21:00-da Zoom platforması üzərindən baş tutub və müəllimlər, təhsil işçiləri, eləcə də sosial mediada fəal olan pedaqoqlar tərəfindən böyük maraqla qarşılanıb.

Vebinarın əsas məqsədi müəllimlərin sosial mediadan daha səmərəli, təhlükəsiz və məqsədyönlü istifadə bacarıqlarının artırılması, rəqəmsal mühitdə peşəkar davranış prinsiplərinin formalaşdırılması və informasiya savadlılığının gücləndirilməsi olub.

Tədbirin spikeri Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının və “Region Beynəlxalq Analitik Mərkəzi”nin (RBAM) sədri Razi Nurullayev çıxış edərək sosial medianın cəmiyyətə və təhsil mühitinə təsiri, müəllimlərin ictimai nüfuzunun qorunması, informasiya təhlükəsizliyi və rəqəmsal etik davranış qaydaları barədə geniş məlumat verib. Spiker, həmçinin müəllimlərin sosial şəbəkələrdə düzgün mövqe tutmasının gənc nəslin formalaşmasına təsirindən danışıb.

Vebinar interaktiv formatda keçirilib, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə iştirak edənlərə sonda rəsmi sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Dərya Group” təhsil, ictimai maarifləndirmə və peşəkar inkişaf istiqamətində müxtəlif layihələr həyata keçirir və bu vebinar da həmin fəaliyyətlərin davamı kimi təşkil olunub.

VİDEO:

https://youtu.be/0o6f7nnSRYw?si=rxr85_aJWmymXp0_

Aytac Məhərrəmova

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Peşəkar müəllim inkişafı üçün strategiyalar” mövzusunda onlayn vebinar keçiriləcək

Next

Yenilənmiş 50 manatlıq bu formada olacaq

Copyright 2026— Praqraf.com. All rights reserved