PAYLAŞIN:

Siyəzəndə avtomobildə yanğın olub, iki yaşlı uşaq ölüb.

Paraqraf.com xəbər verir ki, dekabrın 24-ü saat 14 radələrində Böyük Həmyə kəndinin ərazisində kənd sakini 1991-ci il təvəlüdlü Hüseynağa Seyfəl oğlu Bağırova məxsus “VAZ-2107” markalı avtomobildə yanğın baş verib.

Avtomobilin konstruksiyaları yanıb, içəridə olan H.Bağırovun 2023-cü il təvəlllüdlü oğlu ölüb.

Araşdırma aparılır.

Paraqraf.com

Loading