Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Əmrah Həsənli: İlham Əliyevin təhsil siyasəti uzunmüddətli strateji yanaşmanın nəticəsidir
MANŞETÖZƏL

Əmrah Həsənli: İlham Əliyevin təhsil siyasəti uzunmüddətli strateji yanaşmanın nəticəsidir

24 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Bu günü təhsil ictimaiyyəti üçün əlamətdar edən əsas məqam Prezidentin bütün fəaliyyət dövrü ərzində təhsili dövlətin əsas strateji prioritetlərindən biri kimi qəbul etməsidir.

Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsil sahəsinə yanaşma sistemli və ardıcıl xarakter alıb. Təhsil yalnız sosial sahə kimi deyil, ölkənin gələcək inkişafını təmin edən əsas resurslardan biri kimi dəyərləndirilib. Bu baxış bucağı təhsil siyasətində qəbul edilən qərarların mahiyyətində açıq şəkildə hiss olunur.

Son illərdə ölkə üzrə yüzlərlə məktəbin tikilməsi və əsaslı təmiri, təhsil infrastrukturunun müasirləşdirilməsi, tədris mühitinin yaxşılaşdırılması Prezidentin bu sahəyə göstərdiyi diqqətin real nəticələridir. Bu addımlar təkcə fiziki şəraitin yaxşılaşdırılması deyil, təhsilin keyfiyyətinə yönəlmiş uzunmüddətli yanaşmanın göstəricisidir.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, müəllim amili təhsilin əsas dayağıdır. Müəllim nüfuzunun qorunması, peşəkar inkişafın təşviqi və təhsildə insan faktorunun gücləndirilməsi dövlət siyasətində mühüm yer tutur. Bu yanaşma təhsil ictimaiyyəti tərəfindən xüsusi rəğbətlə qarşılanır.

Eyni zamanda gənclərin inkişafı, onların bilikli, dünyagörüşlü və vətənpərvər ruhda yetişməsi Prezidentin təhsil siyasətinin əsas istiqamətlərindəndir. Təhsilin məzmun baxımından yenilənməsi, müasir çağırışlara uyğunlaşdırılması bu strateji baxışın tərkib hissəsidir.

Cənab İlham Əliyevin təhsilə yanaşması onu göstərir ki, bu sahəyə edilən hər bir investisiya ölkənin gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir. Bu siyasət Azərbaycanın dayanıqlı inkişafına və güclü insan kapitalının formalaşmasına xidmət edir.

Prezident İlham Əliyevi doğum günü münasibətilə təhsil ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və Azərbaycan təhsilinin daha da inkişafı naminə fəaliyyətində uğurlar arzulayırıq.

Əmrah Həsənli
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri,
təhsil eksperti

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ avropalı diplomatlara qarşı sanksiya tətbiq edib

Next

Güclü Dövlətin Lideri- Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin Doğum Günü

Copyright 2026— Praqraf.com. All rights reserved