Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycanın təşəbbüsü ilə itkin düşmüş şəxslər məsələsi BMT sənədi kimi yayımlanıb
SİYASƏT

Azərbaycanın təşəbbüsü ilə itkin düşmüş şəxslər məsələsi BMT sənədi kimi yayımlanıb

24 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin təqdim etdiyi məktub və ona əlavə edilmiş Bəyannamə BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

Paraqraf.com xəbər verir ki, 8 dekabr 2025-ci il tarixində Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev tərəfindən BMT-nin Baş katibinə ünvanlanmış məktubda Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Bakıda keçirilmiş “İtkin düşmüş şəxslər məsələsinin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda qəbul olunmuş Bəyannamə təqdim edilib.

Qeyd olunan beynəlxalq konfrans 9–11 oktyabr 2025-ci il tarixlərində Bakıda baş tutub və müxtəlif ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan olan nümayəndələri bir araya gətirib. Tədbir itkin düşmüş şəxslər probleminin beynəlxalq humanitar hüquq və insan hüquqları kontekstində müzakirəsinə həsr olunub.

Bəyannamədə silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin sayının artmasından ciddi narahatlıq ifadə olunur, ailələrin yaxınlarının taleyi ilə bağlı həqiqəti bilmək hüququ bir daha təsdiqlənir. Sənəddə dövlətlərin beynəlxalq humanitar hüquqa və insan hüquqları hüququna hörmət etməsinin vacibliyi vurğulanır.

Eyni zamanda, tərəflər silahlı münaqişələr zamanı insanların itkin düşməsinin qarşısının alınması üçün mümkün bütün tədbirlərin görülməsinə, itkin düşmüş şəxslərin taleyi ilə bağlı məlumatların təqdim edilməsinə çağırılır. Bəyannamədə mina və partlamamış hərbi sursatların itkin şəxslərin müəyyən edilməsinə maneə yaratdığı da xüsusi qeyd olunur.

Sənəddə dövlətlərə, beynəlxalq və qeyri-hökumət təşkilatlarına itkin düşmüş şəxslər probleminin həlli istiqamətində əməkdaşlığın gücləndirilməsi, ən yaxşı təcrübələrin mübadiləsi, eləcə də məhkəmə-tibbi ekspertiza və yeni texnologiyalardan istifadə tövsiyə edilir.

Məktub və əlavə olunmuş Bəyannamə BMT Baş Assambleyasının gündəliyində “Silahlı münaqişələrin qarşısının alınması”, “İnsan hüquqlarının təşviqi və müdafiəsi”, “İrqçilik və ayrı-seçkiliyin aradan qaldırılması” və “Hüququn aliliyi” mövzuları üzrə rəsmi sənəd kimi yayılıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Slovakiya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Next

Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib

Copyright 2026— Praqraf.com. All rights reserved