Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“Sabah” Azərbaycan çempionatları tarixində ili zirvədə başa vuran 10-cu komanda olub
İDMAN

“Sabah” Azərbaycan çempionatları tarixində ili zirvədə başa vuran 10-cu komanda olub

23 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

“Sabah” futbol üzrə Azərbaycan çempionatları tarixində ili zirvədə başa vuran 10-cu komanda olub.

Paraqraf.com xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

XVI turda “Sumqayıt”ı səfərdə 3:1 hesabı ilə məğlub edən bakılılar “qış çempionu” adına sahib çıxıb.

Xallarının sayını 37-yə çatdıran “bayquşlar” son 4 mövsümün qış çempionu “Qarabağ”ı bir xal qabaqlayıb. Bu, “Sabah”ın tarixində ilk belə nəticədir.

Paytaxt təmsilçisi ili zirvədə başa vuran 10-cu komandadır. Sonuncu yeni qış çempionu 17 il əvvəl – 2008/2009 mövsümündə qeydə alınıb. Premyer Liqanın ilk dəfə PFL bayrağı altında keçirildiyi mövsümdə “İnter” (indiki “Şamaxı”) tarixində birinci dəfə qış çempionu olub. Sonrakı illərdə isə heç kim adını qış çempionları sırasına əlavə edə bilməyib və bu uğura əvvəl imza atanlar yenidən fərqlənib.

Ümumilikdə isə bunadək 9 klub belə nəticəyə imza atıb. “Qarabağ” hamıdan çox – 11 dəfə (2004/2005, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2019/2020, 2021/2022, 2022/2023, 2023/2024, 2024/2025) fərqlənib.

“Neftçi” doqquz (1994/1995, 1996/1997, 2000/2001, 2001/2002, 2003/2004, 2010/2011, 2011/2012, 2018/2019, 2020/2021), “Kəpəz” (1993/1994, 1997/1998, 1998/1999) və “Şamaxı” (2008/2009, 2009/2010, 2012/2013) hərəyə üç, “Xəzri” (1995/1996), “Şəmkir” (1999/2000), “Karvan” (2005/2006), “Xəzər Lənkəran” (2006/2007) və “Şüvəlan”ın (2007/2008) bir belə uğuru var.

Qeyd edək ki, 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirilib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Neftçi”nin kapitanı Premyer Liqada 50-ci qolunu vurub

Next

Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub

Copyright 2026— Praqraf.com. All rights reserved