Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları altı ay uzadıb
DÜNYA

Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları altı ay uzadıb

22 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaları 31 iyul 2026-cı ilə qədər uzadıb.

Bu barədə Paraqraf.com Aİ Şurasına istinadən xəbər verir.

2014-cü ildə ilk dəfə tətbiq edilən sanksiyalar, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı təxribatsız, əsassız və qanunsuz hərbi təcavüzünə cavab olaraq əhəmiyyətli dərəcədə genişləndirilib.

Tədbirlər ticarət, maliyyə, enerji, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və lüks əşyalar sahəsində məhdudiyyətlər daxil olmaqla geniş spektrli sektorlara şamil edilir.

Məhdudiyyətlər həmçinin Rusiyadan Aİ-yə dəniz neftinin və bəzi neft məhsullarının idxalı və ya çatdırılması qadağasını, bir sıra Rusiya banklarının “SWIFT” sistemindən ayrılmasını və Kremlin bir neçə KİV-in Aİ-də yayım fəaliyyətinin və lisenziyalarının dayandırılmasını əhatə edir. Bundan əlavə, sanksiyalardan yayınmaya qarşı xüsusi tədbirlər nəzərdə tutulub.

Aİ Şurası bildirib ki, Rusiya Federasiyası beynəlxalq hüququn fundamental normalarını pozmağa davam etdiyi müddətdə sanksiyalar qüvvədə qalacaq.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Belarusda Rusiyanın 10-a yaxın “Oreşnik” raketi yerləşdiriləcək

Next

Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb

Copyright 2026— Praqraf.com. All rights reserved