Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Zelenski: Norveç Ukraynanın enerji dayanıqlılığını dəstəkləyəcək
DÜNYA

Zelenski: Norveç Ukraynanın enerji dayanıqlılığını dəstəkləyəcək

21 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Ukrayna Prezidenti Volodimir Zelenski Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığı aparıb.

Paraqraf.com-un məlumatına görə, Ukrayna lideri bu barədə özünün telegram kanalında yazıb.

“Həm Rusiyaya təzyiq göstərməkdə, həm də hücumlarından sonra bərpa işlərində kömək etdiyinə görə Norveçə minnətdaram. Norveç həmçinin enerji dayanıqlılığı məsələsində bizə kömək edəcək. Təşəkkür edirəm, Yonas!”, – deyə paylaşımda bildirilir.

Tərəflər həmçinin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün son günlərdə aparılan diplomatik işləri ətraflı müzakirə ediblər.

O əlavə edib ki, Ukrayna danışıqlar qrupunun ABŞ-dakı görüşlərindən sonra Avropa tərəfdaşları ilə geniş məsləhətləşmələrə ehtiyac var: “Biz kifayət qədər sürətlə hərəkət edirik və Floridadakı komandamız Amerika tərəfi ilə işləyib. Avropa nümayəndələri də dəvət olunmuşdu. Bu danışıqların konstruktiv olması vacibdir və çox şey Rusiyanın müharibəni həqiqətən bitirmək ehtiyacını hiss etməsindən asılıdır. Təəssüf ki, Rusiyadan gələn əsl siqnallar yalnız mənfidir – infrastrukturumuza hücumlar davam edir”.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiya ordusu Donetskə zərbələr endirib, ölən və yaralılar var

Next

Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

Copyright 2026— Praqraf.com. All rights reserved