Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İran və Venesuela XİN rəhbərləri ABŞ barədə fikir mübadiləsi aparıblar
DÜNYA

İran və Venesuela XİN rəhbərləri ABŞ barədə fikir mübadiləsi aparıblar

21 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

İranın xarici işlər naziri Abbas Əraqçi venesuelalı həmkarı İvan Gil Pinto ilə telefon danışığı aparıb.

Paraqraf.com-un “Tasnim News”a istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli münasibətlər və Karib regionundakı hadisələr barədə fikir mübadiləsi aparılıb.

Əraqçi iki ölkə liderlərinin qarşılıqlı faydalı əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək əzmini vurğulayıb.

İranın xarici işlər naziri ABŞ-ın Karib dənizi bölgəsində naviqasiya təhlükəsizliyinə qarşı hərəkətlərini və Venesuelaya qarşı güc tətbiq etməklə hədələməsini beynəlxalq hüququn fundamental prinsiplərinin və BMT Nizamnaməsinin kobud şəkildə pozulması adlandırıb və Venesuela xalqına və seçilmiş hökumətinə həmrəylik və dəstəyini ifadə edib.

Əraqçi regionda və dünyada sülhə və sabitliyə təhdid yaradan bu birtərəfli hərəkətlərə qətiyyətlə qarşı çıxmaq üçün beynəlxalq ictimaiyyətin məsuliyyətini vurğulayıb.

Pinto ABŞ-nin hərəkətləri fonunda İranın prinsipial mövqeyini, Venesuela xalqı və seçilmiş hökuməti ilə həmrəyliyini yüksək qiymətləndirib. O, Bolivar Respublikası hökuməti və xalqının bu təzyiq qarşısında ölkənin milli suverenliyini, müstəqilliyini müdafiə etmək əzmini vurğulayıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

PSJ-nin qapıçısı klubun tarixinə düşüb

Next

Abbas Əraqçi: ABŞ ədalətli razılaşmaya hazır deyil

Copyright 2026— Praqraf.com. All rights reserved