Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan və Qambiya parlamentlərarası dostluq qruplarının yaradılmasını müzakirə edib
SİYASƏT

Azərbaycan və Qambiya parlamentlərarası dostluq qruplarının yaradılmasını müzakirə edib

20 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Azərbaycan və Qambiya əməkdaşlığı dərinləşdirmək və gələcəkdə birgə layihələr həyata keçirmək niyyətindədir.

Paraqraf.com xəbər verir ki, müvafiq danışıqlar Azərbaycanın Mərakeş və Qambiyadakı səfiri Nazim Səmədovun 15-18 dekabrda Qambiyaya səfəri zamanı aparılıb.

Səfər çərçivəsində diplomat Milli Assambleyanın spikeri Fabakari Tombonq Catta, spikerin müavini Siidi Nciye, Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə Yaşayan Qambiyalılarla İş üzrə Nazirliyin daimi katibi Labu Yanq, gənclər və idman naziri Bakari Baciye, eləcə də paytaxt Banjul şəhərinin meri Roha Malik Lou ilə görüşlər keçirib.

“Ölkələr arasında siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin mövcud vəziyyəti və perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, həmçinin əməkdaşlığın dərinləşdirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub”, – Azərbaycan səfirliyinin məlumatında deyilir.

Görüşlərdə Azərbaycan və Qambiya arasında dostluq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edilib. BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı da daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib.

Çoxtərəfli platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

“Parlamentlərarası əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bu kontekstdə qeyd olunub ki, iki ölkənin ali qanunverici orqanlarında dostluq qruplarının yaradılması parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verə bilər”, – məlumatda deyilir.

Səfər zamanı səfir Səmədov Qambiyanın təhsil, tədqiqat, elm və texnologiyalar naziri Pyer Qomeslə birgə ölkənin aparıcı ali təhsil müəssisəsi olan Qambiya Universitetinin Farabadakı kampusunu da ziyarət edib. Eyni zamanda, Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə universitetə dəstək imkanlarını nəzərdən keçirməsinə hazır olduğu, Qambiya tərəfinin müvafiq təklifləri nəzərdən keçirə biləcəyi qeyd edilib.

Bundan başqa, diplomat Qambiya Radio və Televiziya Şirkətinin (GRTS) mənzil-qərargahını ziyarət edib. Burada iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

“Qambiyada ölkəmiz haqqında məlumatlılığın artırılmasının, iki ölkənin media nümayəndələri arasında əlaqələrin genişləndirilməsinin və qambiyalı jurnalistlərin Azərbaycana tanışlıq səfərlərinin təşkilinin vacibliyi qeyd edilib”, – məlumatda deyilir.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb

Next

KİV: “Barselona” “Norviç Siti”nin 15 yaşlı hücumçusunu transfer etmək istəyir

Copyright 2026— Praqraf.com. All rights reserved