Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib
CƏMİYYƏT

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib

19 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:
Azərbaycanın Səhiyyə Nazirliyində baş ağrıları üzrə beynəlxalq aləmdə yüksək nüfuza malik olan aparıcı mütəxəssislərlə görüş keçirilib.

Görüşdə Danimarka, Almaniya, Belçika və İtaliyadan olan tanınmış alimlər – Kopenhagen Universitetinin (Danimarka) nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin (IHS) sabiq prezidenti professor Məsud Aşina, Essen Universitetinin professoru, Avropa Baş Ağrı Federasiyasının (EHF) sabiq prezidenti professor Zaza Katsarava, Brüssel Universitet Xəstəxanasının nevroloji klinikasının rəhbəri, EHF-nin Idarə Heyətinin üzvü professor Yan Versijpt, Sapienza Universitetinin professoru, Avropa Nevrologiya Akademiyasının (EAN) Baş ağrı panelinin üzvü Canluka Koppola, eləcə də miqren və baş ağrıları üzrə mütəxəssis, “Azərbaycan Miqren Mütəxəssisləri” İctimai Birliyinin həmtəsisçisi Sərxan Əmirquliyev iştirak ediblər.

Görüş zamanı baş ağrıları və miqrenin müasir diaqnostika və müalicə üsulları, bu sahədə beynəlxalq klinik yanaşmalar, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə səhiyyə naziri Teymur Musayev ölkə rəhbərliyinin səhiyyə sahəsinə, xüsusilə də ixtisaslaşmış tibbi xidmətlərin inkişafına daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Bildirilib ki, son illər Azərbaycan səhiyyəsində həyata keçirilən islahatlar çərçivəsində nevrologiya sahəsi, o cümlədən baş ağrılarının diaqnostika və müalicəsi istiqamətində mühüm addımlar atılıb: “Prezidenti İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin müasirləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və əhalinin yüksək keyfiyyətli tibbi xidmətlə təmin olunması dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu baxımdan, beynəlxalq ekspertlərlə əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət daşıyır”.
Nazir həmçinin qeyd edib ki, belə görüşlər yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması, elmi-tədris əlaqələrinin gücləndirilməsi və qabaqcıl müalicə protokollarının tətbiqinə töhfə verir.
Öz növbəsində qonaqlar Azərbaycanda səhiyyə sahəsində aparılan islahatları yüksək qiymətləndirərək, elmi və praktiki əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, baş ağrıları (sefalgiya) cəmiyyətə əhəmiyyətli dərəcədə sosial-iqtisadi ziyan vuran və dünyada əlilliyə ən çox gətirən on səbəb sırasındadır. Baş ağrılarının düzgün müalicəsini təmin etmək üçün səhiyyə işçilərinin peşəkar hazırlığı, dəqiq diaqnoz, eləcə də sadə həyat tərzinin dəyişdirilməsinin zəruri olduğu qeyd olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Arzuxan Əlizadə: “Rusiya–Ukrayna müharibəsinin qısa müddətdə dayandırılması real görünmür”

Next

1946 — Birinci Hind-Çin Müharibəsinin başlanması

Copyright 2026— Praqraf.com. All rights reserved