Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor TƏYİN OLUNDU
ELM VƏ TƏHSİL

Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor TƏYİN OLUNDU

18 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin edilib.

Paraqraf.com xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlı bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, İlqar Şakir oğlu Bayramlı 28 mart 1975-ci ildə Bakı şəhərində anadan olub.

1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alaraq fərqlənmə diplomu ilə məzun olub. 1997-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsilini tamamlayıb.

İlqar Bayramlı əmək fəaliyyətinə Azərbaycan Ali Hərbi Məktəbində müəllim kimi başlayıb, daha sonra baş müəllim vəzifəsində çalışıb. O, həmçinin “Neftçi” PFK MMC-də Maliyyə şöbəsinin rəisi, “Alyans Tekstil” MMC-də direktor, “Capital Motors” MMC-də maliyyə direktorunun müavini və direktor vəzifələrində fəaliyyət göstərib.

Bundan sonra “Təmiz qaz” QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri kimi çalışıb, daha sonra Ağsu rayonunda yerləşən “AZGRANATA” MMC-də Maliyyə departamentinin rəhbəri, həmçinin İdarə Heyəti sədrinin birinci müavini olub.

2022-ci ildən Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsində müdir müavini kimi fəaliyyət göstərib. 2024-cü ildən etibarən isə həmin şöbəyə rəhbərlik edirdi.

Ailəlidir, 3 övladı var.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bayram depressiyası: İnsanlar bayramları niyə xoşbəxt qarşılamır? – AÇIQLAMA

Next

65 yaşına çatan şəxslər işdən azad ediləcək? – Mütəxəssis AÇIQLAYIR

Copyright 2026— Praqraf.com. All rights reserved