PAYLAŞIN:

Gürcüstan ərazisində 3,4 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Paraqraf.com Gürcüstan mətbuatına istinadən məlumat verir.

Zəlzələ Tbilisidən 5 kilometr məsafədə və Msxeta şəhərindən 3 kilometr qərbdə yerləşən Dzeqvi kəndində qeydə alınıb.

Zəlzələnin episentri 5 kilometr dərinlikdə yerləşib.

Zərərçəkənlər və dəymiş ziyan barədə məlumat daxil olmayıb.

Paraqraf.com 

Loading