PAYLAŞIN:

Rusiyaya qarşı sanksiya siyahısını yeniləyən Böyük Britaniya bu ölkənin bir sıra neft-qaz şirkətlərini də ora daxil edib.

Paraqraf.com xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Britaniya hökumətinin sənədinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, “Tatneft”, “Russneft”, “NNK-Oil”“Rusneftegaz” şirkətləri sanksiyalara məruz qalıb.

Bundan əlavə, sanksiya siyahısına “Redwood Global Supply”“Tejarinaft” treydinq şirkətləri də daxil edilib.

Paraqraf.com 

Loading