PAYLAŞIN:

Türkiyənin İstanbul şəhərinin Çekmeköy rayonunda yeddi avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Paraqraf.com-un “Haber Global”a istinadən məlumatına görə, hadisə Taşdelen tunelində qeydə alınıb.

Belə ki, tuneldə ilk olaraq iki avtomobil toqquşub, arxadan gələn 5 avtomobil isə qəza törətmiş nəqliyyat vasitələrinə çırpılıb.

Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb.

Qəza səbəbindən tuneldə tıxac yaranıb.

Paraqraf.com 

Loading