Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İran Kiprə nota verib
DÜNYA

İran Kiprə nota verib

17 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Kipr səfiri Petros Nakuzisi İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Paraqraf.com İran KİV-ə istinadən xəbər verir ki, buna səbəb rəsmi Tehranın Kiprin və Birləşmiş Ərəb Əmirliklərinin rəsmi şəxslərinin birgə bəyanatını ölkənin daxili işlərinə müdaxilə hesab etməsidir.

Bildirilib ki, İranın xarici işlər nazirinin müavini və Fars körfəzi məsələləri üzrə baş direktor Məhəmməd Alibek görüş zamanı diplomata etiraz notası təqdim edib.

“Səfirə Əbu-Musa, Böyük və Kiçik Tomb adaları İran ərazisinin ayrılmaz hissəsi və ölkənin onlar üzərində tarixi, faktiki və mübahisəsiz suverenliyinin şübhə doğurmadığı bildirilib. İran hər hansı ərazi iddialarını qəti şəkildə rədd edir. Eyni zamanda, ölkə bu cür bəyanatları dövlətlərin milli suverenliyi və ərazi bütövlüyünə hörmət prinsiplərinin pozulması kimi qiymətləndirir”, – İran XİN-in bəyanatında qeyd edilib.

Həmçinin, Kipr hakimiyyəti yol verilən səhvi dərhal düzəltməyə və gələcəkdə bu cür addımlardan çəkinməyə çağırılıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 160 şübhəli saxlanılıb

Next

Lukaşenko: Kiyev və Moskva müharibənin təkrarlanmayacağı ilə bağlı təminat istəyir

Copyright 2026— Praqraf.com. All rights reserved