Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 16
  • Mürvət Həsənli İctimai Şura sədri kimi cəmiyyətə hansı töhfələr verə bilər? – ŞƏRH

Mürvət Həsənli İctimai Şura sədri kimi cəmiyyətə hansı töhfələr verə bilər? – ŞƏRH

admin 16 Dekabr 2025 6 minutes read
IMG_2333
PAYLAŞIN:

Dekabrın 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın 9 nəfərdən ibarət yeni seçilmiş tərkibinin ilk iclası keçirilib. İclasda “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Mürvət Həsənli yekdilliklə İctimai Şuranın sədri seçilib. Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvü Emin Əliyev sədr müavini, Azərbaycan Dövlət Aqrar Universitetinin Zoomühəndislik fakültəsinin dekan müavini, Azərbaycan Maarifçilər Assosiasiyasının üzvü Günel Əmiri isə Şuranın katibi vəzifəsini tutub.

Paraqraf.com xəbər verir ki, iclasdan sonra İctimai Şura üzvləri Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə görüş keçiriblər. Görüşdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov yeni formalaşmış İctimai Şuranın üzvlərini təbrik edib və onlara ictimai iştirakçılıq sahəsində uğurlar arzulayıb. Nazir İctimai Şura üzvlərini aqrar sektorun inkişafına yönəlmiş təşəbbüslərdə fəal iştirak etməyə və həyata keçirilən islahatlara ictimai dəstək göstərməyə çağırıb.

Bəs, Mürvət Həsənlinin rəhbərliyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında formalaşan İctimai Şura həm cəmiyyətin, həm də nazirliyinin gözləntilərini nə dərəcədə doğrulda bilər?

Bu suala cavab vermək üçün ilk növbədə Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” Qanununa nəzər yetirməliyik. Qanunda yazılanları sadə dildə təqdim etsək, ictimai iştirakçılıq – dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının iştirakıdır. Bu zaman dövlət və yerli özünüidarəetmə orqanları ictimaiyyətlə məsləhətləşməli və ictimai rəyi nəzərə almalıdır.

Bəli, İctimai Şuralar dövlət orqanlarının fəaliyyətində vətəndaş cəmiyyətinin iştirakını təmin edən mühüm mexanizmlərdən biridir. Bu Şuralar dövlət orqanları yanında yaradılmaqla, ictimai nəzarətin gücləndirilməsinə, qərarların qəbulunda şəffaflığın və hesabatlılığın artırılmasına xidmət edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şura isə aqrar sahədə aparılan islahatların ictimai əsaslarla dəstəklənməsi, fermerlərin və istehsalçıların mövqelərinin dövlət siyasətində daha dolğun əks olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

İkinci bir nüansa da xüsusi diqqət yetirək. Artıq bir neçə ildir ki, İctimai Şuraların formalaşmasında peşəkarlara üstünlük verilir. İctimai Şura üzvlüyünə keçirilən seçkilərdə bəzi QHT təmsilçilərinin açdığı “qarğa bazarı” cəmiyyət tərəfindən pislənilib və bəlli bir sahədə zəngin bilik və təcrübəsi olanların önü açılıb.

Bu baxımdan Mürvət Həsənlinin İctimai Şuranın sədri seçilməsi təsadüfi deyil və onun peşəkar fəaliyyəti bu vəzifənin məsuliyyətinə tam cavab verir. O, uzun illərdir aqrar sektorun mühüm istiqamətlərindən biri olan quşçuluq və ərzaq təhlükəsizliyi sahəsində fəaliyyət göstərən şirkətə və bu cür şirkətləri bir assosiasiyaya rəhbərlik edir. Nəticə etibarı ilə kənd təsərrüfatı sahəsində istehsal, emal, ixrac zəncirinin real problemlərini yaxından bilir.

Mürvət Həsənlinin sahə üzrə praktiki təcrübəsi ona imkan verir ki, aqrar siyasətin yalnız nəzəri deyil, tətbiqi tərəflərinə fokuslansın. O, fermerlərin, istehsalçıların və ixracatçıların qarşılaşdığı çətinlikləri sistemli şəkildə İctimai Şuranın gündəliyinə çıxara, bu problemlərin dövlət qurumları ilə müzakirəsini təmin edə bilər. Bu isə qəbul olunan qərarların daha realist və effektiv olmasına şərait yaradır.

Bundan əlavə, Mürvət Həsənlinin assosiativ idarəetmə təcrübəsi İctimai Şuranın fəaliyyətinin institusional əsasda qurulmasına, hazırlanacaq Fəaliyyət Planının konkret hədəflər və ölçülə bilən nəticələr üzərində formalaşdırılmasına imkan verə bilər. O, müxtəlif dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrasında ictimai iştirakçılığın real mexanizmlərlə təmin olunmasına, Şuranın formal qurum deyil, fəal məsləhətçi platforma kimi çıxış etməsinə töhfə verə bilər.

Eyni zamanda, onun rəhbərliyi altında İctimai Şura aqrar sahədə ictimai rəyin formalaşdırılması, innovativ yanaşmaların təşviqi, ekoloji təmiz və dayanıqlı istehsal modelinin dəstəklənməsi istiqamətində də aktiv rol oynaya bilər. Bu baxımdan, media ilə kifayət qədər yaxşı münasibətləri olan Mürvət Həsənlinin İctimai Şura sədri kimi fəaliyyəti Azərbaycanda kənd təsərrüfatının davamlı inkişafına həm institusional, həm də praktiki səviyyədə mühüm töhfələr vermək potensialına malikdir.

Paraqraf.com

Loading

Visited 49 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Vəkil AÇIQLAYIR: “Bir evi 2 nəfərə satmaq cinayət sayılır”
Next: Rizvan Fikrətoğlu: “Ədalətli təhsil sistemi müəllimi cəzalandıran deyil, dəstəkləyən olmalıdır”

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.