Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq 200 min manata yaxın pulu ələ keçirən şəxs saxlanılıb
HADİSƏ

Müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq 200 min manata yaxın pulu ələ keçirən şəxs saxlanılıb

16 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq etməkdə şübhəli bilinən 30 yaşlı Rəsul Həsənov saxlanılıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən (Kiberpolis) məlumat verilib.

Bildirilib ki, o, xəstə, müalicəyə ehtiyacı olan körpələrin foto və video görüntülərini “İnstagram” sosial şəbəkəsində yaratdığı “Zəhra balama yardım”, “Körpə balama dəstək”, “Əli üçün yardım”, “Yusif serebral iflic” və s. səhifələrdə paylaşaraq təcili yardım edilməzsə, körpələrin həyatı üçün təhlükə yarana biləcəyini qeyd edib.

R.Həsənov yardımların köçürülməsi üçün istifadəsində olan bank kartlarını da həmin paylaşımların üzərində yerləşdirib. Ağır xəstəliyi olan uşaqların görüntüləri, emosional musiqi və mətnlərdən təsirlənən vətəndaşlar isə qeyd edilən kartlara 1 manatdan 500 manata qədər, ümumilikdə isə 200 min manata yaxın pul köçürüblər. Saxlanılan şəxs həmin pulları nağdlaşdıraraq şəkillərini paylaşdığı uşaqların ailələrinə yox, öz şəxsi ehtiyaclarına xərcləyib.

R.Həsənovdan iş üzrə əhəmiyyət kəsb edən məlumat və elektron sübutlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Yardımlıda iranlı narkotacirlərdən 30 kq marixuana aşkarlanıb

Next

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Copyright 2026— Praqraf.com. All rights reserved