PAYLAŞIN:

Salyanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Paraqraf.com-un məlumatına görə, hadisə gecə saatlarında Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Opel”“Mercedes” markalı avtomobillər ağır tonnajlı yük maşını ilə toqquşub. Qəza nəticəsində Astara rayon sakinləri; 1988-ci il təvəllüdlü Məhərrəmov Vahid Xandadaş oğlu, 1982-ci il təvəllüdlü Kamilova Vüsalə Kamil qızı, 1983-cü il təvəllüdlü Qafarov Mərahim Ələddin oğlu və 1978-ci il təvəllüdlü Sultanov Məmmədağa Sədyət oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Paraqraf.com 

Loading