Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“Muğam mənim üçün təkcə musiqi deyil, xalqın ruhudur” – Murad Kəngərli
MANŞETMÜSAHİBƏ

“Muğam mənim üçün təkcə musiqi deyil, xalqın ruhudur” – Murad Kəngərli

15 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Muğam xalqımızın ruhunu, tarixini və milli-mənəvi dəyərlərini yaşadan nadir sənət nümunəsidir. Bu müqəddəs irsi daşıyan sənətkarlar isə yalnız səs sahibi deyil, həm də böyük mənəvi məsuliyyət daşıyıcılarıdır. Belə sənətkarlardan biri də Qarabağ torpağının yetirməsi, istedadlı xanəndə Murad Kəngərlidir. Onun ifasında muğam sadəcə musiqi deyil, torpağın nəfəsi, xalqın qüruru və milli kimliyin ifadəsidir.

Murad Kəngərli muğam sənətinə gəlişi, gənclərin bu sahəyə marağı və gələcək planları barədə “Paraqraf.com” -a müsahibə verib.

– Murad bəy, ilk olaraq oxucularımıza özünüz haqqında məlumat verərdiniz. Musiqi yolunuz necə başladı?

– Mən, xanəndə Kəngərli Murad Vəzir oğlu, Qarabağın toy otağı sayılan Ağdam şəhərində anadan olmuşam. Musiqiyə marağım ailə mühitindən qaynaqlanır. Atam evdə daim muğam dinləyirdi və özü də gözəl səsə malik idi. Bu mühit məndə muğama qarşı böyük sevgi yaratdı. Xalq artisti, professor Arif Babayevin səsi isə uşaqlıqdan məni muğam dinləyicisinə çevirdi.

Zamanla özüm də oxumağa başladım. Ailəm, xüsusilə bibim istedadımı üzə çıxardı və məni Ağdam şəhərində yerləşən Cabbar Qaryağdıoğlu adına musiqi məktəbinə yönləndirdi. Burada Əbülfət müəllimdən və Barat müəllimdən muğamın əsaslarını öyrəndim. Daha sonra Şuşa Humanitar Kollecində Əməkdar artist Səbuhi İbayevdən və Əməkdar müəllim Qəzənfər Abbasovdan təhsil aldım.

2012-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum və Xalq artisti, professor Səkinə İsmayılovanın sinfində təhsil aldım. Bu mərhələdən sonra peşəkar səhnə fəaliyyətim başladı. 2013-cü ildə Televiziya Muğam Müsabiqəsinin diplomantı oldum, 2015-ci ildə isə Macarıstanda keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görüldüm.

– Muğam sənəti sizin üçün nə ifadə edir?

– Muğam mənim üçün insan hisslərinin ən ali formada ifadəsidir. Bu sənət hər kəs üçün deyil. Muğamı sevən çoxdur, amma onu anlayanlar mənəvi zənginliyə sahib insanlardır. Muğam düşüncə və ruh dünyasını saflaşdıran, insanı kamilləşdirən bir sənətdir.

– Müasir dövrdə gənclərin muğama marağını necə qiymətləndirirsiniz?

– Tam əminliklə deyə bilərəm ki, bu gün gənclər arasında muğama maraq var və bu məni sevindirir. Artıq 15 ilə yaxındır ki, müəllim kimi fəaliyyət göstərirəm və bu müddət ərzində çoxsaylı şagirdlər yetişdirmişəm. Onlardan biri də Turşsu Uşaq Musiqi Məktəbinin IV sinif şagirdi Rüfət Axundovdur. O, Ağdam Muğam Mərkəzinin açılışında cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşısında çıxış etdi və böyük alqış qazandı. Bu, gənc nəslin muğama bağlılığının bariz nümunəsidir.

– Sizcə, əsl xanəndəni digərlərindən fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

– Xanəndəlik çox ağır və məsuliyyətli bir addır. “Xanəndə” sözünün özündə “xan” kəlməsi var və bu da yüksək mədəniyyət, ləyaqət və davranış tələb edir. Təkcə səs kifayət deyil. Əsl xanəndə həm sənətində, həm də insani keyfiyyətlərində kamil olmalıdır. Sənətkar olmaq böyük mənəvi məsuliyyət daşımaq deməkdir.

– Repertuarınızı necə formalaşdırırsınız? Muğamdan kənar janrlara da müraciət edirsinizmi?

– Peşəkar səhnə fəaliyyətimə başlayarkən repertuarım ustadlarımın tövsiyələri ilə formalaşıb. Uzun illərdir birgə çalışdığım tar ifaçısı, Milli Konservatoriyanın müəllimi və konsertmeyster İlhamiz İsmayılovla repertuar seçimlərini birlikdə edirik. Muğamla yanaşı, klassik milli estrada mahnılarını da ifa edirəm. Bundan əlavə, Türkiyə və Qazax türkcəsində də ifalarım var.

– Gələcək planlarınız nədən ibarətdir?

– Ən böyük arzum Türk dünyasında sevilən, tanınan və dəyər verilən bir sənətkar olmaqdır. Bu məqsədə çatmaq üçün var gücümlə çalışacağam.

Həsən Məmmədov

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Körpələr üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları təsdiqlənib

Next

Paranoyanın əlamətləri hansılardır? – AÇIQLAMA

Copyright 2026— Praqraf.com. All rights reserved