1 Noy 2026, Bz

Biləsuvarda 72 yaşlı qadının boğularaq öldürülmə ehtimalı ilə bağlı araşdırma aparılır

PAYLAŞIN:

Biləsuvar sakini, 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın boğularaq öldürülmə ehtimalı ilə əlaqadar Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Paraqraf.com-un Muğan bürosunun məlumatına görə, bir müddət öncə öz əcəli ilə öldüyü deyilən qadının boğularaq öldürüldüyü ehtimal edilir.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Paraqraf.com 

Loading