PAYLAŞIN:

Sudanda “İl-76” hərbi yük təyyarəsi qəzaya uğrayıb.

Paraqraf.com xəbər verir ki, bu barədə “Agence France Press” məlumat yayıb.

Məlumata görə, hava gəmisi texniki nasazlıq səbəbindən Qırmızı dənizdəki Port Sudan şəhərindəki Osman-Diqna aviabazasına enişə cəhd edərkən qəzaya uğrayıb.

Hadisə zamanı bütün ekipaj üzvlərinin həlak olduğu bildirilir.

Təyyarədə olanların dəqiq sayı barədə məlumat verilməyib.

Paraqraf.com

Loading