Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Rusiya Avropa ilə müharibə edəcəkmi?
DÜNYA

Rusiya Avropa ilə müharibə edəcəkmi?

10 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Rusiya Avropa ölkələri ilə müharibəyə hazırlaşmır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. O bildirib ki, Moskvanın müharibə niyyəti olmasa da, Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi və Rusiyanın aktivlərinin ələ keçirilməsi kimi bütün düşmənçilik addımlarına cavab veriləcək.

Paraqraf.com xəbər verir ki, Lavrov bu fikirləri Moskvada Federal Şuranın iclasında ölkənin xarici siyasəti ilə bağlı çıxışı zamanı səsləndirib.

Nazir Ukrayna böhranının həlli prosesinə də toxunub. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın böhranın siyasi və diplomatik yollarla həlli istiqamətindəki səyləri təqdir olunur.

Lavrov əlavə edib ki, Tramp böhranın əsas səbəblərini anlayan və prosesdə insan haqlarına hörmət edən yeganə Qərb lideridir.

O həmçinin bildirib ki, ABŞ-nin sülh planında Ukraynada azlıqların hüquqlarının və dini etiqad azadlığının qorunması ilə bağlı müddəalar da yer alır.

Nazir, eyni zamanda, ABŞ-nin Rusiyaya qarşı sanksiya siyasətini davam etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, hazırkı Amerika administrasiyası sanksiyaları aradan qaldırmağa tələsmir, əksinə, onları daha da sərtləşdirir.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İran və Venesuela liderləri ABŞ-nin Karib dənizindəki hərbi mövcudluğuna reaksiya verib

Next

161 nömrəli məktəbdə Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub

Copyright 2026— Praqraf.com. All rights reserved