Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Deputat: Azərbaycan dilinin son izahlı lüğəti ötən əsrin 60-cı illərində buraxılan nəşrə əsaslanıb
ELM VƏ TƏHSİL

Deputat: Azərbaycan dilinin son izahlı lüğəti ötən əsrin 60-cı illərində buraxılan nəşrə əsaslanıb

08 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan dilinin sonuncu dəfə 2006-cı ildə nəşr olunan izahlı lüğəti ötən əsrin 60-cı illərində buraxılan nəşrə əsaslanıb.

Paraqraf.com-un məlumatına görə, bunu deputat Cavanşir Feyziyev Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışında deyib.

O qeyd edib ki, əgər dilin inkişaf perspektivlərindən danışılırsa, bu mənada izahlı lüğətin üzərində işləmək üçün xüsusi qurum yaradılmalıdır.

Deputat Azərbaycandakı tərcümə sahəsindəki boşluqlara da toxunub:

“Azərbaycan dilində tərcümə sahəsi də bərbad vəziyyətdədir. Dilin inkişafı üçün tərcümə işinin keyfiyyəti mütləq rola malikdir. Hesab edirəm ki, Azərbaycanda tərcümə işinin inkişafına ehtiyac var”.

C.Feyziyev, həmçinin “dövlət dili” ifadəsinin düzgün ifadə olmadığını deyib:

“Dövlət dili ifadəsini o zaman işlətmək olar ki, onun hansı dil olması şübhə doğursun. Bütün müstəqil dövlətlərdə dil rəsmi dil adlanır, bu mənada, “dövlət dili” ifadəsini doğru hesab etmirəm”.

Vitse-spiker Rafael Hüseynov isə deputatın dövlət dili iifadəsi lə bağlı iradına münasibət bildirərək qeyd edib ki, bu ifadə konstitusion anlayışdır.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçib

Next

Sabunçuda PARTLAYIŞ – Dağıntılar altında qalanlar var

Copyright 2026— Praqraf.com. All rights reserved