Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan və İran qanunverici orqanları arasında münasibətlərin dərinləşdirilməsi müzakirə edilib
SİYASƏT

Azərbaycan və İran qanunverici orqanları arasında münasibətlərin dərinləşdirilməsi müzakirə edilib

08 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan və İran qanunverici orqanları arasında münasibətlərin dərinləşdirilməsi müzakirə edilib.

Paraqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarovanın dekabrın 8-də İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə qeyd olunub.

Bildirilib ki, iki ölkə arasında həm siyasi-iqtisadi, ticarət və nəqliyyat sahələrində, həmçinin mədəni-humanitar sahələrdə əlaqələrin möhkəmlənməsi və əməkdaşlıq imkanlarının genişlənməsi ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verir.

Eyni zamanda vurğulanıb ki, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və həyata keçirilən birgə layihələr böyük əhəmiyyət kəsb edir.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsir göstərən amillərdən biri kimi qanunverici orqanlar arasında əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edərək bu əlaqələrin daha da genişləndirilməsi üzrə birgə səylərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Bu mənada, parlamentlərdə fəaliyyət göstərən işçi qrupların rolunun gücləndirilməsinin vacibliyi də qeyd olunub.

Abbas Əraqçi isə İranın Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edərək, iki ölkə arasında sıx siyasi dialoqun olduğunu bildirdi. O, yüksək səviyyəli siyasi-iqtisadi əlaqələri müsbət qiymətləndirərək iki xalq arasında, həmçinin qanunverici orqanlar arasında münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bratislava-Bakı birbaşa aviareysi açıla bilər

Next

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib

Copyright 2026— Praqraf.com. All rights reserved